Azərbaycan Anti-Korrupsiya Akademiyası

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə əməkdaşlıq şəraitində "Azərbaycan Anti-Korrupsiya Akademiyası" təşəbbüsü həyata keçirir. 

Bu təşəbbüs çərçivəsində dövlət qulluqçuları, özəl sektorun əməkdaşları, gənclər üçün ixtisaslaşmış anti-korrupsiya və etik davranış təlimləri keçirilir. 

"Azərbaycan Anti-Korrupsiya Akademiyası"nın fəaliyyəti ilə www.academy.az internet səhifəsindən tanış ola bilərsiniz.